adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
11 May 2021 18:23
44203
KRİMİNAL
A- A+

Azərbaycanda bacısı qızını öldürən şəxs HƏBS EDİLDİ

Mayın 9-da saat 7 radələrində Bığır kəndində yaşayan bir nəfər şəxsin guya dəm qazından ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Adalet.az-a Göyçay Rayon Prokurorluğundan bildirilib.

İstintaqla müəyyən edilmişdir ki, rayon sakini Vüqar Bədəlov qeyd edilən tarixdə saat 6 radələrində evinə qonaq gələn bacısı qızı Fatma Məmmədovanı yatan zaman qısqanclıq zəminində yastıqla boğaraq öldürmüşdür.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, Vüqar Bədəlov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda istintaq aparılır.