adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 May 2021 11:55
22941
MƏMLƏKƏT
A- A+

Sabahın hava proqnozu AÇIQLANDI

Azərbaycanda mayın 12-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə mayın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək. 

Havanın temperaturu gecə 10-13 isti, gündüz 18-23 dərəcə isti olacaq. Bakıda gecə 10-12 dərəcə, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.

Mayın 12-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman. Şərq küləyi 5-10 m/s. Havanın temperaturu gecə 7-12 dərəcə, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 12-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.