adalet.az header logo
  • Bakı 19°C
10 May 2021 12:29
28202
MƏMLƏKƏT
A- A+

 Birlikdən nəcib təşəbbüs: Yardım etmək İslamın vacib əməllərindəndir 

Artıq bir neçə gündən sonra islam dünyasının müqəddəs bayramlarından olan Ramazan Bayramı ölkəmizdə təntənə ilə qeyd ediləcək. Dünyaya bəllidir ki. Ramazan ayı orucluq, insan nəfsinin paklığı, eyiblərin və naqisliyin islah olunması, ağıl, iman və iradənin saflaşması dövrüdür. Insan bu ayın dua və ibadətləri ilə eyiblərdən saflığa, saflıqdan kamilliyə doğru gedir. Bu ay ruhun tərəqqisi,  Allaha tərəf pərvaz etməsidir. Bu imtahandan alnı açıq, üzü ağ şıxan müsəlmanlar orucluq ayının son günlərini bayram əhval ruhiyyəsi ilə yekunlaşdırırlar.


 

“Qarabağ Əlillərinə Qayğı İçtimai Birliyi”nin Bərdə rayon filialı da bu əlamətdar hadisə ilə bağlı yardım göstərməyi, insanların bir-birinə dayaq olaraq bayram sevinci yaşadılmasını vacib əməllərdən sayır . Odur ki, birliyin Bərdə rayon filialının təşkilatçılığı ilə bu gün On bir ayın sultanı sayılan Ramazan bayramı münasibətilə qurbanlıqlar kəsildi, Qarabağ əlillərinə, müharibə veteranlarına, şəhid ailələrinə, həmçinin, imkansız ailələrə bayram sovqatları göndərildi.

 

“Qarabağ Əlillərinə Qayğı İçtimai Birliyi”nin Bərdə rayon filialı təşkil etdiyi yardım aksiyasının əsas məqsədi COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə həssas təbəqədən olan insanların sosial rifahını az da olsa yaxşılaşdırmaq, xeyirxah əməllə hər ailəyə sevinc bəxş etməkdi.
 

Hər kəsin qarşıdan gələn Ramazan bayramı mübarək olsun!

 

Adalet.az