adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
10 May 2021 10:53
21601
MƏMLƏKƏT
A- A+

ANAMA: “Son bir həftədə 35 mina tapılıb”

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatları açıqlayıb.

ANAMA-dan Adalet.az-a bildirilib ki, mayın 3-dən 8-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 23, tank əleyhinə 12 mina və 104 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 922 816 m² (93 hektar) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.