adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
08 May 2021 10:55
30478
MƏMLƏKƏT
A- A+

Şəkidə qəbiristanlıqda narkotik gizlədən şəxs ələ keçdi

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər sakini Şahin Nəsirovdan şəxsi axtarış zamanı 5 qramdan artıq qurudulmuş marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun qəbiristanlıq ərazisində narkotik vasitə gizlətdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilən zaman oradan sellofan torbada 490 qram qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. İstintaq zamanı Ş.Nəsirovun rayon sakini Teymur Mirzəyevə də 20 manat müqabilində narkotik vasitə satdığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.