adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
06 May 2021 16:58
25572
DÜNYA
A- A+

Koçaryan Paşinyanı məhkəməyə verdi - Ondan 4 min dollar istəyir

Yerevanda məhkəmə Ermənistanın sabiq prezidenti Robert Koçaryanın Nikol Paşinyana qarşı şikayətini qəbul edib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, R.Koçaryan N.Paşinyanı böhtan və iftirada ittiham edib.

Qeyd olunur ki, iddia ərizəsi R.Koçaryanın vəkilləri tərəfindən aprel ayında təqdim edilib.

Sabiq prezident Nikol Paşinyandan 4 min dollar məbləğində təzminat tələb edir.