adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 Iyul 2021 10:41
98564
MƏMLƏKƏT
A- A+

İntihar edən qazilərimizin sayı durmadan artır : Çoxu medalla təltif olunub...

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Canını vətən üçün qurban verən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin haqqını heç vaxt ödəyə bilmərik.

 

Müharibənin ağır sınağından çıxıb gələn əsgərlərimiz var ki, döyüşlər zamanı aldığı psixoloji travmalardan həyatına qəsd etdilər. Asan deyil, yaxın dostunun, səngər yoldaşının mərmilərdən parçalanmış bədənini görmək, yanmış vücudunu izləmək....Onları başa düşürük. Qazilərin intiharı cəmiyyətdə müəyyən narahatlıq və narazılıqlara səbəb olur. Yəqin ki, tez-tez baş verən bu kimi halların qarşısı dərhal alınacaq.

Adalet.az saytı xəbər verir ki, müharibədən sonra həyatına qəsd etmiş qazilərimizin sayı getdikcə, artır. Kiçik bir araşdırma nəticəsində həmin qazilərin bir neçəsini oxucularımıza təqdim edirik:

6 yanvar-Kəlbəcərin Zəylik kəndindən həqiqi hərbi xidmətdə olan əsgər Vüsal Musayev müalicə aldığı hərbi hospitalda intihar etdi.

 

 

7 yanvar- Abşeron rayon Sulutəpə qəsəbəsində yaşayan, hərbi xidmətdən yenicə qayıtmış 24 yaşlı Yunis Mənsurov intihar edib.

 

30 yanvar- Sumqayıtdan olan, Daxil Qoşunlarda xüsusi təyinatlı dəstələrdən birinin komandiri, 1989-cu il təvəllüdlü kapitan Məmmədov Alim Nazim oğlu Quba rayonunda ürəyindən tapança ilə atəş açaraq özünü öldürüb.

 

23 fevral - Daşkəsən rayonunun Pirverdilər kəndində baş verib. Vətən Müharibəsi iştirakçısı 1990-cı il təvəllüdlü Həsənov Fərman Fərhad oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

 

24 fevral - Yardımlı ayonun Urakəran kənd sakini, 1994-cü il təvəllüdlü Fərid Rafiq oğlu Quliyev evinin bir neçə metr yaxınlığındakı meşədə özünü asaraq canına qəsd edib.

 

10 aprel- İmişli rayonun Ağcüyür kəndində 1995-ci il təvəllüdlü Qəhrəmanov İmdad Niyazi oğlu gecə saatlarında yaşayış məntəqəsinin yaxınlığındakı çöl sahəsində özünü asıb. hərbi sanitar olub,

 

6 may 1998-ci il təvəllüdlü zabitimiz Türkiyənin Kara Harp Okulunun məzunu, evin isə tək oğlu ,Vətən müharibəsi iştirakçısı, Xüsusi Təyinatlı Bölməsində xidmət keçən leytenant Nəbizadə Rüfət Ağayar oğlu Bakının Novxanı kəndi ərazisində intihar edib.

 

28 iyunda Şirvan şəhər sakini, 1988-ci il təvəllüdlü Cəlilov Emin Eldəniz oğlu özünü yaşadığı evin həyətindəki çardaqdan asıb. , E.Cəlilov Vətən müharibəsində könüllü iştirak edib. İyunun 24-də Qubadlı və Zəngilanın azad olunmasına görə medalları ilə təltif edilib.

 

4 iyulda  Cəlilabadda Vətən müharibəsi iştirakçısı Bəhman Abbaslı intihar edib. Füzuli Cəbrayıl, Xocavənd istiqamətində döyüşlərdə iştirak edib. Qubadlı və Füzulinin azad olunması medalları ilə təltif olunub.

 

Allah hər birinizə rəhmət eləsin!

Əntiqə Rəşid