adalet.az header logo
  • Bakı 19°C
06 May 2021 12:40
28254
MƏMLƏKƏT
A- A+

Hər şey Allahın əlindədir

Malidən olan Həlimə Sisse adlı 25 yaşlı xanım dünən Mərakeşdəki klinikalardan birində ... doqquz övlad dünyaya gətirib.

Beş qız, dörd oğlan!!!

Həkimlər doğuşdan öncə Uzi edəndə heç körpələrin hamısını görə də bilmirdilər, elə güman edirdilər yeddi uşaq doğulacaq.

Həkimlər qorxurdular ki, uşaqlar tələf ola bilər, ona görə də Mali höküməti Həlimə xanımı Mərakeşə, daha yaxşı xidmət göstərən klinikaya göndərmişdi.

Çünki tibb aləmində məlum olan iki belə hadisə zamanı 19 7 1 - ci ildə Avstraliya və 1999-cu ildə Malayziyada uşaqlar doğuş ağırlaşmasından sağ qala bilməmişdilər.

İndi Həlimə bütün Mali camaatının sevimlisidir.

Uşaqların atası Qədir Arbi Mərakeşə gedə bilməyib və böyük qızı ilə birlikdə klinikayla evdən əlaqə saxlayır.

Birdən - birə çoxuşaqlı ailə başçısına çevrilən Qədir qəti narahat deyil.

"Pərvərdigar özü göndərib bu uşaqları bizə və özü bilir o körpələrlə nə olacaq. Ona təvəkkül edirik!"

Qədir Deyir ki, Malidən tanıdığl bütün insanlar, dövlət qurumları, hətta Prezident də zəng edib onu təbrik edib.

Bir - iki həftəyə Həlimə körpələrlə Maliyə qayıdacaq.

Nə qədər kasıb ölkə olsa da, yəqin bu qeyri - adi ailəyə kömək edərlər.

Hər şey Allahın əlindədir.