adalet.az header logo
  • Bakı 21°C
06 May 2021 15:09
20962
MƏMLƏKƏT
A- A+

Bu şəxslərin dəfn mərasimi zamanı hərbi ehtiram göstəriləcək

Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin əhatə dairəsi genişləndirilir.

Adalet.az-ın məlumatına görə, bununla əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsinə dəyişiklik təklif edilir.

Layihəyə əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, Zəfər və Qarabağ ordeni ilə təltif edilmiş həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstəriləcək.