adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 May 2021 13:52
48079
ANALİZ
A- A+

“Qüvvət elmdədir...” adlı Nizami mühazirəsi keçirilmişdir

XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi, yaradıcılığındakı dərin məzmun və fikri əhatə daiəsinə görə nadir zəka sahiblərindəndir. Nizami yaradıcılığı bütün tarixi dövrlərdə yüksək hümanist ideyalar aşılamaqla, insanları qarşılıqlı məhəbbət, ictimai ədalət, elmə, zəhmətə ehtiram ruhunda tərbiyə etdiyi kimi bu gün də mütərəqqi bədii əhəmiyyətini qoruyub saxlamışdır. Təsadüfi deyildir ki, dahi şairin anadan olmasının 880 illiyi bütün şərq xalqlarının diqqət mərkəzindədir. Böyük Nizaminin dünya şöhrətini nəzərə alaraq,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2021-ci ili  “Nizami Gəncəvi ili” elan etmişdir. Bu ədəbi hadisə klassik irsimizin dahi şəxsiyyətlərinin həyat və yaradıcılığına ölkəmizdə göstərilən diqqət və məqsədyönlü siyasətin bariz nümunəsidir.
         

Bu məqsədlə AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialı da tədbirlər planı işləyib hazırlamışdır. Tədbirlər planında nəzərdə tutulduğu kimi, Aran regional filialı il ərzində  Rayon Təhsil şöbəsi ilə birlikdə “Qüvvət elmdədir! Başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz... devizi ilə Nizami mühazirələri” keçirilməsinə start vermişdir. İlk mühazirə 5 may tarixində ZOOM platformasında onlayn formatda baş tutmuşdur. 
       

 İlk olaraq onlayn tədbiri AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialının müdiri Yaqut Bahadurqızı açaraq qeyd etmişdir ki, XII əsrdə dahi şairimiz Nizami Gəncəvi elmin insan həyatındakı əhəmiyyətini, onun yaradıcı rolunu düzgün qiymətləndirmiş, öz əsərlərində bir sıra elmi məsələlərə toxunmuşdur. Nizami elmə, elm adamına olan müsbət münasibətini mühazirələrimizin devizi kimi qəbul etdiyimiz kəlamında layiqli şəkildə ifadə etmişdir.Mühazirələrimizin məqsədi gənc nəslin Nizami irsinə marağının artırılması,onlara şairin  yaradıcılığının  bütün aspektlərdən öyrənilməsini təmin etməkdir.
         

Sonra AMEA Folklor İnstitunun şöbə müdiri, filologiya elmləri doktoru Ağaverdi Xəlil “Nizami Gəncəvi yaradıcılığının folklor qaynaqları” mövzusunda mühazirə söyləyərək  Nizaminin öz əsərlərində Azərbaycan şifahi xalq ədəbiyyatının bütün nümunələrindən: atalar sözlərindən, məsəllərdən, əsatir və əfsanələrdən, rəvayətlərdən, nağıllardan, dastanlardan  yaradıcı şəkildə istifadə etməsindən bəhs etmiş,”Xəmsə”dən nümunələrlə fikirlərini təsdiqləmişdir.
         

Mühazirədə Kürdəmir rayon ümumtəhsil məktəblərinin sayılıb-seçilən dil-ədəbiyyat müəllimləri və Nizami yaradıcılığına maraq göstərən X-XI sinif şagirdləri iştirak etmişlər. Sonda mühazirəçi dinləyicilərin suallarını cavablandırmışdır.  Kürdəmir rayon Təhsil şöbəsinin müdiri Rəfail Məmmədov təhsil işçiləri adından mühazirəçiyə və onlayn mühazirənin moderatoruna təşəkkürünü bildirmişdir.
 

Digər Xəbərlər