adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
05 May 2021 11:48
18085
MƏMLƏKƏT
A- A+

HİDAYƏT ELVÜSAL ÜSYAN ETDİ

Ruslar erməni sürüsünü az qala hər gün Kəlbəcərə daşıyır. Güya kilsəni ziyarət edirlər. O kilsəni ki, haylara qətiyyən dəxli yoxdur, qədim alban abidəsidir.

Bunu adət şəklinə salmaq, bizi də indidən bu erməni gəliş-gedişinə alışdırmaq istəyirlər. Həyasız düşmən ermənistana bir yolun da məhz Kəlbəcərdən keçməyini tələb ediir. Rus oynaşları da bunun üçün ciddi-cəhdlə çalışır.

Amma biz indi heç olmasa qrup şəklində doğma yurda gedə bilmirik. Kəlbəcər həsrətilə dünyasını dəyişənlər var. Kütləvi qayıdışa qədər heç olmasa yaşlılara imkan yaradılmalıdır ki, o yerləri görsün, havasını yenidən udsun, bir qurtum suyunu içsin,gülünü-çiçəyini qoxlasın. Doğrudanmı bu çətin məsələdir ?

Bu turist səfəridir, ata-baba yurduna niyə.belə getməliyik? - deyənlər olacaq. Bəs neynəyək ? Hələlik heç olmasa yaşlılarımıza belə şərait yaradılmasını tələb edirik.. Bu işlə Kəlbəcər İcra Hakimiyyəti məşğul ola bilər. Sadəcə olaraq məsələni səlahiyyətli orqanlar qarşısında qaldırmaq lazımdır.

Axı, yurd həsrətli yaşlılarımız indi daha həyacanlı, daha səbrsiz olublar. Son günlər məhz bu səbəbdən dünyasını dəyişənlər var.

Yurdumuza heç olmasa yaşlılarımızın baş çəkə bilmələri hələlik mümkün deyilsə, o erməni sürüsü nədən Kəlbəcəri su yoluna döndərib?