adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 May 2021 09:23
28027
MƏMLƏKƏT
A- A+

Bu gün üçüncü Qədr gecəsidir

Bu gün Azərbaycanda üçüncü Qədr (Əhya) gecəsidir.

Adalet.az xəbər verir ki, üçüncü Qədr gecəsi Ramazan ayının 22-ci gününə, mayın 5-dən 6-na keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, ilk Qədr gecəsi Ramazanın 18-ci gününə, mayın 1-dən 2-nə keçən gecəyə, ikinci Qədr gecəsi Ramazanın 20-ci gününə, mayın 3-dən 4-nə keçən gecəyə təsadüf edib. Ramazanın 26-cı günü, mayın 9-dan 10-na keçən gecə də Qədr gecəsi olacaq.

Qədr gecəsi "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.

Koronavirus pandemiyası səbəbindən Qədr gecəsinin məscidlərdə keçirilməsi qadağan edilib.

Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 14-də başlayıb. Şəvval ayının 1-i, yəni mayın 13-də isə Ramazan bayramı olacaq.