adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
04 May 2021 13:28
20734
MƏMLƏKƏT
A- A+

HEÇ OLMASA KƏLBƏCƏRİN AZADLIĞINI GÖRDÜ 

Kəlbəcərin  ağbirçəklərindən biri idi.  Çox xeyirxah, gözəl insan idi. Nə qədər yetim-yesirə əl tutmuşdu, böyütmüşdü, ali təhsl vermişdi, ərə gedən qızlara cehiz hədiyyə etmişdi.

Sağlığında dörd igid qardaş dağı  görmüşdü: Nofəl Həmidov, Sərdar Həmidov, İsgəndər Həmidov və Zakir Məmmədov.

Birinci Qarabağ savaşında ermənilər Tərtəri işğal edə bilmədilərsə, bu, İsgəndər  Həmidovla  Sərdar Həmidovun qəhrəmanlıqları hesabınadı. Həmin vaxt Ağdərənin işğaldan azad olunmasında da bu iki  qardaşın çox böyük əməyi vardı.

Bəli, Kəlbəcərin bir  ağbirçəyi də azaldı. Söhbət Ulduz xanımdan gedir. Təsəlli odur ki, heç olmazsa Kəlbəcərin müzəffər ordumuz tərəfindən azad olunmasını  gördü. Düzdür, Kəlbəcərə, Bağlıpəyəyə getməyə vaxtı çatmasa da indi ruhu cənnətdədi.  Mən o dünyadakı  cənnətdən  danışmıram, bu dünyadakı cənnətdən danışıram – Kəlbəcərdən danışıram, Dəlidağdan, Xanımdərəsindən, Yüzbulaqdan, İstisudan, Keti-Meti dağından  danışıram. 

İndi Ulduz xala qardaşlarını da yığıb başına və xoşbəxtdi.

Aqil ABBAS