adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 May 2021 13:07
27401
DÜNYA
A- A+

TRAMP GETDİ, AMMA...

Britaniyanın keçmiş xüsusi xidmət əməkdaşı  eks prezident Trampla bağlı yeni məlumatları ABŞ -ın Federal Təhqiqatlar Bürosuna göndərib

Böyük Britaniya xüsusi xidmətinin keçmiş əməkdaşı Kristofer Stil ABŞ -ın eks prezidenti Donald Trampla bağlı hazırladığı yeni materialları FTB-yə göndərib. Bu barədə məlumat verən The Telegraph, bildirir ki, Stil guya Moskvada  Trampın əleyhinə hansısa komprmateriallar olduğu barədə ilk məlumatları 2016-cı ildə hazırlayıb. Yeni materiallarda bildirilir ki, Stil Trampın prezidentliyi dövründə guya onun əlaqədə olduğu rəfiqələrinə qarşı seksual hərəkətlər edməsi barədə Rusiya xüsusi xidmət orqanlarında gizli faktlar var. O bu materiallar barədə FTB-yə dəfələrlə özünə məxsus Orbis Busines İntelligence şirkəti vasitəsi ilə məlumatlar göndərib.
 Materiallarda adı hallanan rusiyalı qadın Trampla heç bir əlaqəsi olmadığını bildirib.
 

Rusiya Elmlər Akademiyası Kanada -ABŞ institutunun baş elmi işçisi Aleksandr Flipenko bildirib ki, CNN - in texniki direktoru etiraf edib ki, rəhbərliyin göstərişi ilə telekanal daima Trampın əleyhinə təbliğat kompaniyası aparıb.

Rüstəm Hacıyev