adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
03 May 2021 18:37
44736
MƏMLƏKƏT
A- A+

Daha 77 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb

Aprel ayının 26-dan 2 may tarixlərinədək 77 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Adalet.az-a verilən məlumata görə, "YAŞAT" Fondu tərəfindən bu tarix ərzində 68 şəhid ailəsi və qazinin tibb xərcləri ödənilib.

Bundan əlavə, 5 şəhid ailəsinin borc öhdəlikləri qarşılanıb.

Qeyd olunub ki, daha 20 şəxsin məişət şəraitinin yaxşılaşdırılması, 40 şəxsin tibb xərclərinin ödənilməsi və 6 şəxsin borc öhdəliklərinin qarşılanması istiqamətində işlər görüləcək.