adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 May 2021 15:20
35863
ANALİZ
A- A+

Hicran Hüseynova seçicilərin müraciətlərini dinlədi - FOTOLAR

41 saylı Sumqayıt birinci seçki dairəsindən deputat, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova növbəti dəfə vətəndaşlarla qəbul keçirib, bir neçə sakinin müraciəti dinlənilib.

YAP Sumqayıt şəhər təşkilatının qərargahında keçirilən görüş ölkədə elan edilmiş xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla təşkil edilib.

Vətəndaşlar qarşılaşdıqları problem və çətinliklərlə bağlı Hicran Hüseynovaya müraciət ediblər.

Seçicilər tərəfində səsləndirilən müraciətlər əsasən, işsizlik, sosial məsələlər və ailədaxili problemlər və s. bağlı olub.

Qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən Deputat səlahiyyətlərinə aid olan müraciət, təklif və şikayətlərin həll edilməsi və araşdırılması üçün qeydə alınıb, bəzi məsələlərin isə müvafiq idarə strukturların nəzarətinə götürülməsi üçün tapşırıqlar verilib.

Digər Xəbərlər