adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
03 May 2021 17:05
25718
MƏMLƏKƏT
A- A+

İndiyədək minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb

Ötən ay ərzində 285 hektar ərazi minalardan təmizlənib.

Adalet.az-ın məlumatına görə, Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

Məlumata görə, aprelin 1-dən 30-dək əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 364, tank əleyhinə 148 mina və 1098 partlamamış hərbi sursat aşkarlanıb.

Bu günə kimi azad olunmuş 2 min 28 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.