adalet.az header logo
  • Bakı 13°C
01 May 2021 14:00
24226
DÜNYA
A- A+

Tacikistan yenə atəşkəsi pozdu

Tacikistan hərbçiləri bu gün Qırğızıstan-Tacikistan sərhədi yaxınlığında Qırğızıstan vətəndaşlarının yaşayış evlərinə atəş açıblar.

Adalet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın sərhəd xidməti məlumat yayıb.

“Batken vilayətinin Leylek rayonunun Arka kəndi tacik hərbçiləri tərəfindən sakinlərin evlərinə atəş açılıb”, - deyə məlumatda qeyd olunub.

Bildirilir ki, bu səbəbdən 27 358 nəfər Qırğızıstan vətəndaşı sərhədyanı bölgədən təxliyyə olunub.

Bundan əlavə, Qırğızıstan Tacikistanı sərhəd zonasına hərbi texnika yığmaqda ittiham edib. Tacikistan tərəfi isə bu iddianı rədd edib.