adalet.az header logo
  • Bakı 21°C
30 Aprel 2021 12:06
14737
MƏMLƏKƏT
A- A+

Heç görmüsüz bir sərçə intihar eləsin?

Bəlkə də bizi ətrafımzdakılardan belə umu-küsülü, aşırı diqqət tələb edən - uşaqkən valideyinlərimizdən (xüsusi ilə anamızdan) gördüyümüz hədsiz qayğı və diqqətdir. İfrat ana qayğısı bizi diqqət aludəçisinə çevrir: Diqqətmaniya!

Anatoli Nekrasovun "İfrat ana məhəbbəti" kitabı demək olar ki, bütünlükdə bunu isbata sərf olunub. Deyir ki, heyvanlar bu məsələdə insanlardan daha təbii davranır; balasının ayağı yer tutar-tutmaz onu öz öhdəsinə buraxır. Bu da dolayısıyla heyvanların həyata daha tez adaptəsinə, heç kimdən yardım, qayğı, diqqət gözləməməsinə gətirib çıxarır. Ona görə, Dostoyevskinin dili ilə desək, intihar kimi axmaq şeylər də insana xas bir haldır, heç görmüsüz bir sərçə özünü ağacdan atıb intihar eləsin? Niyə? Səbəb yenə ifrat diqqət ehtiyacıdır; bəli, intihar da həmin o diqqət ehtiyacının nəticəsi kimi ortaya çıxır.

Üzülməmək istəyiriksə, çarə - heç kimdən heç nə ummamaqdır! Beləcə təsadüfən kimdənsə bir diqqət görəndə də gözləmədiyin hal olduğu üçün bu, səni hədsiz xoşbəxt də edəcək - lap qəfil edilmiş sürpriz kimi.

Paylaşdı: Flora Alışova