adalet.az header logo
  • Bakı 19°C
30 Aprel 2021 12:01
16264
MƏMLƏKƏT
A- A+

Vətən müharibəsi şəhidinin ikinci övladı dünyaya gəldi - FOTO

Vətən müharibəsində torpaqlarımızı işğalçılardan azad edərkən şəhidlik zirvəsinə ucalan Əliyev Azər Dilafət oğlunun övladı dünyaya gəlib. Yeni doğulan körpəyə atasının istəyinə uyğun olaraq Əli adı verilib.

AZƏRTAC xəbər verir ki, Azər Əliyevin yeni doğulan övladı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından ailə üzvləri, rayon icra hakimiyyətinin əməkdaşları, “YAŞAT” Fondunun nümayəndələri, şəhidin hərbçi yoldaşlarının iştirakı ilə evə yola salınıb. Əli şəhidin ikinci övladıdır. 

Qeyd edək ki, şəhid Azər Əliyev Ağcabədinin Yuxarı Qiyaməddinli kəndində doğulub. O, Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 15-də Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Uzun müddət koma vəziyyətində qalan Azər 2021-ci il yanvarın 28-də şəhidlik zirvəsinə ucalıb.