adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Aprel 2021 11:40
22069
DÜNYA
A- A+

Hindistanda 4 dəqiqədə bir nəfər virusdan ölür

Hindistanda koronavirusa yoluxmada yenidən rekord qeydə alınıb.

Ölkədə son sutkada 380 min yoluxma olub. Bundan əvvəlki gün rəqəm isə 352 min nəfər olub. Ölkədə koronavirusun yeni ştammlarının yaranması yoluxmanı daha da artırıb. Paytaxt Nyu-Dehlidə hər 4 dəqiqədən bir koronaviruslu xəstə ölür.

Ölkə üzrə ümumilikdə 2 mindən çox sutkalıq ölüm faktı qeydə alınır. Ölənlərin cəsədi birbaşa küçədə yandırılır, buna səbəb krematoriyalarda uzun növbələrin yaranmasıdır.

Ölkədə azı 3 koronavirus mutasiyası "dövr edir". Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu ştammların yoluxuculuq qabiliyyəti olduqca yüksəkdir.

Hindistan mutasiyasının, hətta antitelə daha davamlı olduğu da bildirilir.