adalet.az header logo
  • Bakı 16°C
28 Aprel 2021 10:40
10084
MƏMLƏKƏT
A- A+

Azərbaycanda ŞOK fırıldaqçılıq - Bütün pulunuzu oğurlaya bilərlər (VİDEO)

Bir qrup şəxs tərəfindən "Azərpoçt"un saxta saytı yaradılıb.

Adalet.az Xəzər TV-yə istinadən xəbər verir ki, vətəndaş bir müddət öncə geyim satışı üçün şəkillərini nömrəsi ilə bərabər onlayn alqı-satqı səhifəsinə yerləşdirib. Dünən axşam saatlarında kiberdələduz alıcı qismində Qırğızıstana məxsus saxta nömrə ilə votsapdan vətəndaşa yazıb. O, məhsulu almaq istədiyini bildirib.

Ödənişin həyata keçirilməsi üçün "Azərpoçt" MMC-nin adına açılan saxta sayta daxil olaraq kart hesabı məlumatlarını daxil etməsini istəyib.

Vətəndaş bildirib ki, son zamanlar dostları da tez-tez bu halla qarşılaşır. "Azərpoçt" MMC-nin aparıcı mütəxəssisi Mehman Balabəyov vətəndaşlar tərəfindən bu problemlə bağlı müraciətlərin artdığını bildirib.

Mütəxəssis onu da qeyd edib ki, bildirişlərə inanaraq bank məlumatlarını təqdim edən vətəndaşlar dərhal bu barədə müştərisi olduğu banka məlumat verməlidirlər. Həmçinin Elektron Təhlükəsizlik Xidmətinə də müraciət edə bilərlər.