adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Aprel 2021 10:40
13548
MƏMLƏKƏT
A- A+

Balakən-Zaqatala biosfer rezervatı yaradılacaq

Almaniya Ətraf Mühit Fondunun dəstəyi ilə Zaqatala Dövlət Qoruğunun bazasında Balakən-Zaqatala biosfer rezervatı yaradılacaq.

Adalet.az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

V.Kərimov bildirib ki, biosfer rezervat qoruqdan aşağı, milli parkdan yuxarı statusa malik olacaq: "Rezervatın ümumi ərazisi Zaqatala və Balakən rayonlarının yüksək dağ massivlərini əhatə edəcək".