adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Aprel 2021 10:26
34806
ANALİZ
A- A+

Gəncin intiharında “təhrikçi” şübhəsi: "Namərd adamlar…”

Bakıda intihar hadisəsi baş verib.

Adalet.az xəbər verir ki, hadisə Bakıda- Binəqədi rayonu ərazisində baş verib.

Belə ki, rayon sakini, tanınmış yazar Rüstəm Behrudinin qardaşı oğlu, 17 yaşlı İsa İlham oğlu Alməmmədov yaşadığı binanın 15-ci mərtəbəsindən özünü ataraq intihar edib.

İsanın atası İlham Behrud Alməmmədov sosial şəbəkə hesabında "Namərd adamlar, siz mənim oğlumu öldürdünüz", - deyə, paylaşım edib Əmisi isə mediaya bildirib ki, intihara təhriklə bağlı bəzi şübhələri var:

“Ətrafı onu intihara təhrik edə bilər deyə şübhələr var. Bu barədə polisə məlumat vermişik”.

Yaxınlarının bildirdiyinə görə, 17 yaşlı İsa çox ağıllı, savadlı bir yeniyetmə olub, heç vaxt valideynlərini və qohumlarını narazı salan bir hərəkəti olmayıb.

Əntiqə Rəşid

Digər Xəbərlər