adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
27 Aprel 2021 09:05
21719
DÜNYA
A- A+

Marsda həyat üçün şərtlərin mövcud olduğu müəyyən edilib

Astrobioloqlar Marsın nüvəsinin enerji və lazımi bütün maddələrlə təmin edəilərək mikrob həyatını dəstəkləyə biləcəyini kəşf ediblər.

Bu barədə “Astrobiology” jurnalında dərc olunan məqalədə bildirilir.

Mütəxəssislər Marsın səthindən qoparaq Yerə düşən meteoritlərin kimyəvi tərkibini analiz ediblər.

Bu qayaların daim su ilə təmasda olacaqları təqdirdə Yerin dərinliklərində yaşayan və Günəş tərəfindən işıqlandırılmayan bənzər mikroorqanizmlərin həyatı üçün vacib olan yan birləşmələr istehsal edə biləcəkləri müəyyənləşib.

Alınan məlumatlar Qırmızı Planetin nüvəsinin canlılar üçün potensial olaraq uyğun olduğunu göstərir.

Bir neçə fərqli Mars meteoritində tədqiqatlar zamanı onların tərkibində torium, uran və kalium kimi radioaktiv elementlərin, həmçinin sulfatlara çevrilə bilən sulfid mineralları və suyu tutmaq üçün kifayət qədər məsamə sahəsi olan süxurların olduğunu göstərir. Bu, Marsın həyatın mövcudluğu üçün uyğun şərtlərə sahib ola biləcəyini təsdiqləyib.

Elm aləminə məlumdur ki, əvvəllər Marsda aktiv yeraltı su sistemi mövcud olub və yeraltı suyun bu gün də mövcud olduğunu düşünməyə əsas var.