adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Aprel 2021 15:18
18718
MƏMLƏKƏT
A- A+

İNDİ BU PULU KİM ÖDƏYƏCƏK?! 

2011-ci ildə «Xural» qəzetinin  baş redaktoru, tanınmış jurnalist  Əvəz Zeynallı həbs edildi və məhkəmənin hökmü ilə 9 il müddətinə azadlıqdan  məhrum edildi. 2014-cü ildə isə Möhtərəm  Prezident İlham Əliyevin sərəncamı ilə əvf edildi. Və Əvəz Zeynallı tapdalanmış hüquqlarının  bərpası üçün üz tutdu Avropa İnsan Haqları  Məhkəməsinə.

Və nəhayət, bu günlərdə Avropa İnsan Haqları  Məhkəməsi ona bəraət verdi  və Azərbaycanı  Əvəz Zeynallının  xeyirinə 10 min avro cərimə elədi.

İndi məsələ nədir? İndi bu cəriməni Azərbaycanın dövlət büdcəsindən ödəyəcəklər, yoxsa onun işini aparan müstəntiqlərdən və hakimlərdən?

Bizim fikrimizcə, bu cəriməni  hökumət  yox,  həmin  müstəntiqlər və hakimlər ödəməlidir. Başqalarına da görk olsun.