adalet.az header logo
  • Bakı 20°C
26 Aprel 2021 11:33
20561
ANALİZ
A- A+

Qarabağ müharibəsi: Birinci mərhələsi ilə ikinci arasında fərqləri - Səxavət Məmməd yazır

Qarabağ müharibəsinin birinci mərhələsi ilə ikinci arasında fərqlər çoxdur. Onlardan biri də fərdiçilik və kollektivlikdir. Bəli, birinci müharibədə fərdiçilik çox olub. Buna səbəb nizami ordunun olmaması, müharibə yeni başlayarkən özümü müdafiə batalyonlarının yaranması, ürəkli oğlanların öz bildiyi kimi (bu kiçiltmə yox, böyütmə mənasında işlədilir) davranması və digər məsələlər idi. Bu müharibədə isə fərdiçilik son dərəcə az olub. Bu müharibə həm də, kollektiv hərəkətin uğurudur. İlk müharibədə fərdiçilik çox olduğu üçün tankı snayperlə partladanlar, komandirin xəbəri olmadan MTN-dən əmr alan əsgərlər ömrümüzə günümüzə oturmuşdular.

Bu müharibə ilə bağlı fantastikaya ehtiyac yoxdur. Reallıq onsuzda fantastikdir.

Bəziləri yenə fantastika arxasınca qaçırlar. Yazırsınız, göstərirsiniz, yaxşı edirsiniz, ancaq düz eləmirsiniz.

Bir hərbçinin yaralandıqdan sonra etdikləri barədə danışırlar. Hamı "Allah qorusun" yazır. Amin! Özü də bilir ki, fantastikadır, deyir, "Allah qorudu". Qardaşım, Allah qan saxlayan dərman, qon pompalayan orqan deyil. Allah başına gələni ayağına sala bilər. Onda da, Allah saxladı demək olar. Ancaq insan bədənində qanın həcmi bəllidir. Qanın hamısının axıb, qurtarmasına ehtiyac yoxdur. Bəlli miqdarda qan itirdin, ölüm faktı gerçəkləşir. Tibbi elmi var. Azərbaycan səhiyyəsi biabır gündədir deyə, tibb elmini də fantastikanıza qurban etməyin.

O gün çox yerdə fantastika danışan birinə dedim ki, incimə, o yara və ondan sonrakı fəaliyyətindən sonra əslində sənin adın şəhidlərin siyahısında olmalı idi. Axırda etiraf etdi ki, söhbət elə çıxdı, hamı elə danışdı, mən də, davam elədim. Necə ki, birinci müharibənin iştirakçısı efirdə gedəni, ona necə deyiblər, elə danışıb etirafını şəxsən mənə etdiyi kimi. Yəni, öz(ləri)ü də inanıb. Sayənizdə! Fantastika yazıb, çəkəndə tibb elmini unutmayın.

Digər Xəbərlər