adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
25 Aprel 2021 18:21
29538
DÜNYA
A- A+

Putin və Bayden arasındakı görüşün ilkin vaxtı açıqlandı

Rusiya prezidenti Vladimir Putinlə ABŞ dövlət başçısı Co Baydenin ilk görüşü iyun ayında baş tuta bilər.

Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov “Rossiya 1” telekanalına müsahibəsi zamanı bəyan edib.

O, bildirib ki, məsələ ilə bağlı yekun qərarın qəbulu bir çox amillərdən asılıdır.

Prezident köməkçisi dövlət başçılarının görüşünün hələ ki, işçi qrupları səviyyəsində müzakirə olunmadığını da qeyd edib.