adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Aprel 2021 16:32
24590
DÜNYA
A- A+

Baydenin bəyanatı Türkiyənin Rusiya ilə daha da yaxınlaşmasına səbəb ola bilər

ABŞ prezidenti Co Baydenin qondarma erməni soyqırımı ilə bağlı bəyanatı Türkiyənin Rusiya ilə daha da yaxınlaşmasına səbəb ola bilər.

Bunu TASS-a açıqlamasında Rusiya Elmlər Akademiyasının Ərəb ölkələri və islam araşdırmaları İnstitutunun aparıcı elmi əməkdaşı Boris Dolqov bildirib.

“Türkiyə ilə Rusiyanın mütəffiq olmasını gözləmək düzgün olmazdı. Lakin Baydenin bəyanatı iki ölkənin müvəqqəti də olsa yaxınlaşmasına səbəb ola bilər”, - deyə ekspert bəyan edib.

O, bildirib ki, həm Rusiya, həm də Türkiyə ikitərəfli münasibətlərdən fayda əldə bilər.