adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Aprel 2021 12:03
20669
DÜNYA
A- A+

ABŞ-ın Türkiyədəki diplomatik idarələri müvəqqəti bağlanır

ABŞ-ın Türkiyədəki səfirliyi və konsulluğu mümkün etiraz aksiyaları səbəbindən “təhlükəsizlik tədbirləri” qismində bazar ertəsi və çərşənbə axşamı günləri bağlı olacağını elan edib.

Adalet.az xəbər verir ki, bu barədə diplomatik idarənin yaydığı press-relizdə bildirilir.

Məlumatda qeyd olunur ki, ABŞ Prezidentinin qondarma "erməni soyqırımı" ilə bağlı bəyanatından sonra nümayiş və yaxud etiraz aksiyaları keçirilə bilər. Bu səbəbdən ABŞ-ın Ankaradakı səfirliyi, İstanbuldakı baş konsulluğu, Adanadakı konsulluğu və İzmirdəki konsulluq agentliyi aprelin 26-da və 27-də işləməyəcək.

Təcili yardıma ehtiyacı olan ABŞ vətəndaşlarına diplomatik idarələrlə telefon və ya elektron poçt vasitəsilə əlaqə saxlamaq tövsiyə edilir.