adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
24 Aprel 2021 18:02
25208
DÜNYA
A- A+

Türkiyə PKK-nın əsas üzvlərindən birini məhv edib

Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələrinin (TSK) İraqın şimalındakı əməliyyatı çərçivəsində PKK terror təşkilatının əsas üzvlərindən biri məhv edilib.

Adalet.az Türkiyə mediasına istinadla xəbər verir ki, PKK-nın qolu olan KCK-nın "icraiyyə komitəsi"nin üzvü Sinan Mirhan kod adlı Dalokay Şanlı İnterpolun axtarışında olub.

Onun terror təşkilatına 1999-cu ildə Yunanıstandan qatıldığı bildirilir. Dalokay Şanlı Türkiyədə törədilən təxribat, sui-qəsd, yanğın və digər terrorçu hərəkətləri üçün terrorçuların təlimat aldığı "Apollo Akademiyası"nın rəhbərliyində təmsil olunub.