“Azərbaycan bayrağını yandırmaq bizə ziyan gətirəcək” - Erməni aktyor
Tanınmış erməni aktyor Sos Canibekyan İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını tənqid edib.
Azvision.az xəbər verir ki, o, bunun mənasız hərəkət olduğunu bildirib:
"Türkiyə və Azərbaycan bayraqlarını yandırmağın mənası yoxdur. Təəssüf ki, bu addım bizə ziyan gətirəcək. Əziz həmvətənlər, əziz Daşnaksütyun üzvləri, məgər bilmirsiniz ki, hazırda erməni "əsirlərin" (terrorçular -red) olduğu ölkənin bayrağını yandırırsınız? Mən də bayraq yandırardım, amma mənə elə gəlir ki, bu faydasız bir addımdır”.
Digər Xəbərlər
25 Aprel 2024 15:14