adalet.az header logo
  • Bakı 21°C
23 Aprel 2021 14:54
43363
MƏMLƏKƏT
A- A+

Jurnalist Əntiqə Rəşidin gözlərindəki yurd həsrəti...

Bərdədə doğulub böyümüşəm, həmişə rayonumuzda olan məcburi köçkünlər yaşadıqları torpaqlardan ağız dolusu danışanda mənə heçnə çatmırdı, müharibə dönəmində Ağdam istiqamətində oldum. Müharibə bitdikdən sonra Əntiqə Rəşid

Bizim yanımıza gəldi və qarşı tərəfdə bizim postun qarşısında olan öz evlərini görmək istədiyini dedi.  İcazə yox idi. Əntiqə xanım çox israr etdi, hər kəlməsində isə gözləri dolurdu. Adam illərdi həsrətində olduğu kəndini evini torpağını görmək istəyirdi. Onun bu halına Elmar biganə yanaşa bilmədi və komandirimizdən xahiş etdi ki, gedib gəlsinlər.

Komandir icazə vermişdi, dar səngərə yolumuz düşəndə Əntiqə xanım öz doğma kəndinə tərəf addım atdıqca onun necə həyəcanlandığını ürək döyüntülərini eşitmək olurdu və nəhayət çatdıq düşmən postu ilə qarşı qarşıya olan postumuza...Qarşımızdakı ərazi neytral,  minalıdır, təmizlənməyib. Adam hiss edirsən ki, qaçıb ora getmək daşı divarı öpmək istəyir. Biz vəziyyəti izah etdik ki, ərazi minalıdır bir hal baş verərsə, biz məsuliyyət daşıyırıq. Bizi çox gözəl başa düşdü və qarşı tərəfdə uçub dağılan evləri göstərirdi: “O ev filankəsin evidir, bu ev filankəsindir, darvazasını da dağıdıblar, divarları nə günə salıblar”. belə belə danışdıqca gözləri dolurdu, öz evimizi görə bilmirəm deyəsən ağacların arxasındadır, ya da, uçurub məhv ediblər...

Gözlərində ki, yaş dayanmırdı... və xeyli müddətdən sonra qayıtdıqda Əntiqə xanım bizə həmin uçub dağılan yerlərdə olan xatirələrini bölüşürdü. Gözlərinin yaşı yanağına süzülə - süzülə, amma həvəslə danışırdı , üzündə təbəssüm yaranırdı və o xatirələr viran olduğu üçün o təbəssüm üzündə donub qalırdı...

Mən o zaman anladım ki, vətən, torpaq, yurd həsrəti nədir. Yarımçıq qalan arzular, yarım qalan xəyallar nədir o zaman anladım...

Bütün bu yaşananlar bir ömür yadımdan çıxmaz...

Tezliklə Ağdama qayıtmaq ümidi ilə Əntiqə xanım

 

Mustafa Həsənov,

Vətən müharibəsinin iştirakçısı