adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Aprel 2021 11:42
32312
DÜNYA
A- A+

Rusiya - Çexiya münasibətləri gərginləşməkdə davam edir

Rusiya xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Praqanın rusiyalı diplomatlara qarşı addımlarına Moskvanın adekvat cavab verəcəyini bəyan edib.
 

Görünür Praqanın problemləri həll etmək və ya qarşısını almaq fikiri yoxdur. Bu münasib davam etdikcə, lazimi cavabın veriləcəyini Çexiya dövləti yaxşı bilir" - deyə Zaxarova  "Danışır Moskva" radiostansiyasına müsahibəsində bildirib.
 

Buununla yanaşı XİN-in sözçüsü Praqanın "modeliləşdirilmiş absurd vəziyyətdən" fərqli olaraq Mooskvanın " fantaziyalarla məşğul olmadığını " qeyd edib.
 

"Biz konkret işlərlə məşğuluq... Əgər problemin həllini istəyiriksə, o problem həll olunmalıdır. Əgər Praqa konfrantasiya yolunu tutacaqsa, ona qarşılıqlı cavab veriləcək".
 

Çexiyanın xarici işlər naziri Yakub Kulqanek daha əvvəl bildirmişdi ki, RF-sından qovulan diplomatlar təchili geri qaytarılmalıdır. Əks halda Rusiya səfirliyinin işçilərinin sayıda eyni qaydada azaldılacaq. Zaxarova Çexiyalı nazirə bu cür ultimatumları NATO daxilində saxlamağı məsləhət görərək, "Rusiya ilə bu tonda danışmağın qəbul ediməz olduğunu" bildirib.
 

Çexiya baş nazirinin birinci müavini Yan Qamaçek qeyd edib ki, Çexiyanın Moskvadakı səfirliyinin işi faktiki olaraq iflic vəziyyətinə düşüb.
 

Hələki Ukrayna ətrafında yaranan müharibə havası  fonunda Rusiya və Çexiya arasında gərginləşən diplomatik söz davası davam etməkdədir.

Rüstəm Hacıyev