adalet.az header logo
  • Bakı 18°C
23 Aprel 2021 08:59
39968
ŞOU-BİZNES
A- A+

Məşhur xanımlar dalaşdılar, küsüşdülər, indi də barışdılar... – Açıqlama

Yadınıza gələr: "Maşın" şounun dünənki efirində aktrisa Pərvin Abıyeva ilə müğənni Səidə Sultan arasında gərginlik yaranmışdı. Buna səbəb isə, Pərvinin Kənan Mahmudova səs istəyərkən Səidənin arxadan ona, ailə üzvünə söz atması olmuşdu. Bundan hiddətlənən Pərvin özünü cilovlaya bilməyərək Səidə ilə sərt danışmağa, özündən çıxmağa başlayır. Verilişin aparıcısı Murad Dadaşov qarşıdurmanı sakitləşdirmək üçün əli ilə Pərvinin ağzını tutur.

Bu zaman hər iki iştirakçının mikrafonları bağlanıb, səslər efirə getməyib.

Bundan sonra Pərvin Abiyeva gecə saatlarında şəxsi hesabında paylaşım edərək hadisəyə aydınlıq gətirir və tamaşaçılarından üzr istəyir:“Bu gün yaşananlara görə hər kəsdən dönə-dönə üzr istəyirəm, mən orada göründüyü kimi həyasız insan deyiləm, məni o həddə çatdırdılar. Nevroz xəstəsi olduğum üçün bu yarışmaya qatılmazdan öncə psixoloqla danışıb sakitləşib gəlmişdim. Bildiyiniz kimi bu proqramın qayda-qanunları var, burada ailəyə və şəxsiyyətə toxunmaq olmaz, biz müqavilə imzalayıb gəlmişik. Murad müəllim mənə mikrafon uzatdı, danışdığım yerdə Səidə xanım mənim öz doğma qardaşıma dil uzatdığı üçün özümdən çıxdım, o həddə çatdım. Heç kimin kimsənin ailəsinə dil uzada bilməz, xüsusən də canlı efirdə. Nəzərinizə çatdırmaq istəyirəm ki, nə mən, nə də qarşı tərəfdən mübahisə zamanı söyüş işlədilməyib. Murad Dadaşovun əli ilə ağzımı tutması isə məni və münaqişəni sakitləşdirmək üçün idi. Məni o vəziyyətdə gördüyünüz üçün bir daha hər birinizdən üzr istəyirəm, sabah efirdə də üzr istəyəcəyəm”.

 

Aktrisa Pərvin Abıyeva ilə müğənni Səidə Sultan barışıb

Pərvin "MTV Azərbaycan"a açıqlamasında açıqlama verib. Deyib ki, anası ilə birlikdə restoranlardan birinə yollanıb. Burda aktrisa səhnəyə çıxan Səidəyə yaxınlaşıb. Pərvin ifaçıya gül də verib.

Abıyeva bildirib ki, bu onların ilk bir araya gəlişi deyil:"İki ildir danışırıq. Dəfələrlə görüşüb, yemək də yemişik. Amma nümayiş etdirməmişik. Gecədə Səidəyə yaxınlaşmağımın səbəbi isə anam oldu. Onun səhnə çıxışından xoşu gəldi, mən də yaxınlaşıb özünə dedim".

Qeyd edək ki, Səidə ilə Pərvin hərəkətləri, geyimləri, danışıq və qalmaqalları ilə hər zaman izləyicilərin diqqət mərkəzində olub.

Əntiqə Rəşid