adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Aprel 2021 12:50
41235
ŞOU-BİZNES
A- A+

Baloğlan Əşrəfov verilişdə koronaya yoluxub

Əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub.

Bu barədə Adalet.az-a danışan 69 yaşlı müğənni on gündən çoxdur özünü yaxşı hiss etmədiyini deyib:
“Zaur Nəbioğlunun verilişində qonaqlardan birindən şübhələndim. Korona xəstəsinə oxşayırdı, tez-tez öskürürdü. Onu necə o verilişə buraxıblar bilmirəm. Xəstəliyi ağır keçirirəm. Bütün müayinələrdən keçmişəm, bütün cihazlarda yoxlanılmışam, hələ ki, ev şəraitində müalicə olunuram. Özümü yaxşı hiss etmirəm. Təngnəfəs oluram. Çox danışa bilmirəm”.
Qeyd edək ki, qaraciyər serrozundan əziyyət çəkən tanınmış müğənni bu diaqnozla 2007-ci ilin martın 8-də ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilisə də, sonra ona Türkiyədə qaraciyər köçürülüb.

AYXAN