adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Aprel 2021 13:18
24390
MƏMLƏKƏT
A- A+

Vəzifənin dəyişdirmədiyi insan - Elyar İslamoğlu yazır

Şərur rayonunun icra başçısı Kamal Cəfərov.

Tələbəlik zamanı necə sadə, səmimiydisə, indi də elədir. Tələbə vaxtı yataqxanada qalırdı, öz gücünə təhsil alırdı. Naxçıvana gedəndə də yolun kənarında iməcilikdə gördüm, Bakıya qayıdanda da.

Dizə kəndinə gedən məşhur "Daşarxın buruqları" adlı dolaylı yollar var. Atam bir tərəfinə çinar əkdirmişdi, Kamal müəllim də digər tərəfini yaşıllaşdıraraq şam ağacları əkdirib. Ən ucqar kəndlərədək yollar bərpa edilib.

Şərurda görülən ən gözəl və savab iş Şərur Şəhidlər xiyabanında uyuyan 1990-cı ildən 2020-ci ilədək şəhid olan hərbiçilərin məzarını da 44 günlük Vətən müharibəsində şəhid olan hərbiçilərin məzarıyla bərabər yenidən bərpa etdirməsi, onların bir- birindən fərqlənməməsidir.

Şəhidlər xiyabanında olanda zəng etdim ki, "rayondayam, vaxtınız varsa sizi də görmək istəyirəm". Məqsəd rayonumuzdakı abadlıq işləri, yaşıllıqlar və görülən işlərə görə təşəkkür etmək idi. Dedi "nə zaman istəsən gəl". Zəngdən 5 dəqiqə sonra getdim ki, məni gözləyir.

Bakıda bir icra başçısının qəbuluna düşmək üçün ya aksiya etməlisən, ya da aylarla gedib gözləməlisən.

Mən kənddə olanda sel gəlmişdi, yolumuzu dağıtmışdı. Heç bir saat çəkmədi ki, texnika gətirib yolu düzəltdilər. Elə bilirdim Bakıdakı kimi aylarla yolumuz bağlı qalacaq.

Bütün icra başçıları bacarıqlı olsa, vicdanla çalışsa ölkədə bu qədər problem də olmazdı.