adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Aprel 2021 15:23
26396
DÜNYA
A- A+

Rusiya sərhədini Türkiyə TIR-larına bağladı

Rusiya Gürcüstan sərhədindəki Vladikavkaz Gömrük Qapısında Türkiyəyə məxsus yük avtomobillərinin həftələrdir buraxılmaması TIR-lardan ibarət 75 km-lik sıra yaradıb.

Rusiyanın tranziti yavaşlatması səbəbindən 5 gündə 4 kilometr məsafə belə gedə bilmədiklərini söyləyən sürücülər yemək və su qıtlığı yaşadıqlarını, təmizlik və yanacaq ehtiyaclarını qarşılaya bilmədiklərini  dilə gətiriblər.
 

Bildirilib ki, 4 minə yaxın yük maşını sərhəddə gözləmə vəziyyətindədir.

Sürücülərin sözlərinə görə, digər ölkələrin yük maşınları sərhəd keçid məntəqəsindən rahatlıqla keçdiyi halda Türkiyə TIR-larının keçidi gecikdirilir.

AYXAN