adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Aprel 2021 18:16
28421
SAĞLAMLIQ
A- A+

Fəxrəddin Qoca: “COVID-19-a yoluxma sayında artım nisbəti azaldı”

Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca 3-9 aprel tarixlərində 100 min əhali əsas götürülməklə koronavirusa yoluxma hadisələrinin ən çox artıb-azaldığı ərazilər barədə paylaşım edib.

O “Twitter”dəki paylaşımında ölkədə ən çox yoluxma olan şəhərlərin Düzce, Çanaqqala, Zonquldak, Yozqat və Yalova, ən az yoluxmanın isə Kırklareli, Kilis, Samsun, Osmaniye və Adıyamanda olduğunu bildirib.

“Yoluxma sayında artım nisbəti azalıb. Görülən tədbirlərlə xəstəlik sayı da azalacaq”, - deyə Qoca qeyd edib.