adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
20 Aprel 2021 13:15
24416
DÜNYA
A- A+

ƏLLƏRİ QANA BULAŞMIŞ FRANSA

"Associated Press" agentliyi Ruanda hökumətinin sorğusuna əsasən hazırladığı məruzəni əldə edib. Məruzədə Fransanın Ruandada törədilən soyqrımında iştirakı və məsuçluyyəti təsdiq edilir.
 

Xatırladırıq ki, 1994-cü ildə Ruandada 100 gün ərzində aparılan etnik təmizləmə zamanı, müxtəlif məlumatlara görə 500 min - 1.3 milyon arası tutsi xalqına mənsub insan qətlə yetiruilib. Juvenal Xabiarmanın rəhbərlik etdiyi o vaxtki Fransa hökuməti dəfələrlə bu soyqrımın tötədilmədində günshlandırılıb.
 

İnterfaks Fransa prezidenti Fransua Mitteranın və onun administrasiyasının tutsi xalqına qarşı soyqrım törədilməsindən xəbəri olduğunu təstiqləyir. "Fransa hökuməti Ruanda hakimiyyətini həmin vaxtlarda silahlandırır, təlimlər keçirir və məsləhətlərini verirdi. Nəticədə milyondan artıq tutsi xalqı qətliama məruz qaldı"- deyə məruzədə bildirilir.

 Bundan başqa ruandalılar hesab edirlər ki, Fransa kütləvi insan qırğınının alınması üçün nəinki heç nə etmədi, əksinə soyqrım faktının gizli qalması üçün əlindən gələni etdi.
 

Məruzəni hazırlayanlar qeyd edirlər ki, bir ay əvvəl Fransanın hazırki prezidenti Emmanuel Makronun göstərişi ilə məruzə hazzırlayaraq bu nəticəyə gəliblər ki, Ruandada tutsilərin soyqrımı zamanı "Parisin gözü kor olub". Ona görə də hadisəyə gec reaksiya verib.
 

Məruzə ilə tanış olan Makron Ruandayla münasibətlərin yaxşılaşması üçün təklif edib ki, Fransanın  Ruandada törədilən soyqrımdan sonrakı fəaliyyəti araşdırılsın.
 

Maraqlıdır ki, əlləri milyonlarla günahsız insanın qanına bulaşmış Fransa hakimiyyəri, demokratik dəyərlərdən, insan haqlarından və ümumiyyətlə insanlıqdan dəm vuraraq, digər dövlətlərə dərs keçməyə qalxır. 

 Rüstəm Hacıyev