adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Aprel 2021 15:31
46820
DÜNYA
A- A+

XANKƏNDİNDƏ  PARAD KEÇİRİLƏRSƏ, DEMƏLİ, HƏLƏ DƏ ORA STEPANAKERTDİ

Qəzetələrdə və sosial  şəbəkələrdə oxudum ki,  Qarabağdakı Rüstəm Muradovun  erməniməramlıları Xankəndində 9 Mayla əlaqədar  parad keçirmək istəyir. Yəni Araik duracaq tribunada, Rüstəm Muradov da başda  olmaqla Rusiya  erməniməramlıları onun önündən  hərbi salam verərək keçəcək  və təbii ki, Ermənistanın  silahlı qüvvələri də həmin paradda  iştirak edəcək.  Yəqin ki, paradda hələ  vura bilmədiyimiz «İsgəndər»lər, «S-300»lər, tanklar və qradlar da nümayiş etdiriləcək.

Əgər bu parad baş tutarsa, deməli, biz hələ  30 il də Qarabağ  uğrunda  mübarizə  aparmalıyıq.

Buna görə Azərbaycan  hökuməti Rusiyaya öz sözünü deməlidi və bu parada mane olmalıdı. Əks təqdirdə, bu o deməkdir ki, Rusiyanın  erməniməramlıları defakto Dağlıq Qarabağ  erməni  dövlətini  yaradıblar.