adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Aprel 2021 09:20
26063
DÜNYA
A- A+

AŞPA Navalnının sərbəst buraxılmasını tələb edir

Avropa Şurası Parlament Assambleyası (AŞPA) rusiyalı müxalifətçi Aleksey Navalnının iyunun 7-dək həbsdən azad edilməsinə və ona lazımi tibbi yardım göstərilməsinə çağırıb
Azvision.az “TASS”a istinadla xəbər verir ki, bu barədə AŞPA-nın qətnamə layihəsində deyilir.

Layihənin cümə axşamı səsə qoyulacağı gözlənilir.

"Assambleya Rusiyanı Avropa Şurası Nazirlər Komitəsinin insan hüquqlarına riayət edilməsi ilə bağlı iyun ayında keçiriləcək növbəti iclasından əvvəl Navalnını dərhal sərbəst buraxmağa çağırır", - deyə fransalı deputat Jak Mer tərəfindən hazırlanan qətnamədə qeyd olunub.