adalet.az header logo
  • Bakı 20°C
19 Aprel 2021 13:06
26174
DÜNYA
A- A+

SİLAH QAÇAQMALÇILARINA QARŞI ƏMƏLİYYAT

Rusiya Federal Təhlükəsizlik Xidməti 21 regionda silah qaçaqmalçılığına qarşı geniş  əməliyyat keçirib. Verilən məlumatlara görə,  əməliyyat zamanı 222 pulemyot, tapança, həmçinin arteleriya mərmiləri və qumbaralar ələ keçirilib.
 

" Rusiya Daxili İşlər Nazirliyi və Rosqvardiyanın birgə keçirdiyi əməliyyat zamanı 21 subyekdən 55 nəfərin cinayət fəaliyyətinin qarşısı alınıb. 27 gizli silah-sursat hazırlayan sex aşkarlanıb"- deyə FTX -nın məlumatında bildirilir.
 

Əməliyyat paytaxt Moskvadan başlayaraq Voloqodsk və Pskovsk vilayətlərində, həmçinin İnquşetiya, Qaraçayev -Çerkeziyada və Primorye, Xabarovsk vilayətlərində keçirilib.
 

Rusiya Federasiyasının təhlükəsizlik xidməti bu cür əməliyyatları mütamadi olaraq həyata keçirir. Hələ mart ayında ölkənin 28 regionunda 250-dən artıq silah, fevral ayında isə 20 subyekdən 200-ə yaxın ağır və yengül silahlar tapılmışdır.
 

Bir tərəfində gün çıxanda, digər tərəfində gün batan,  böyük əraziləri idarə etməyə gücü çatmayan bir dövləti idarə etmək doğrudan da çox çətindir.
  
Rüstəm Hacıyev