adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
19 Aprel 2021 12:07
38037
ANALİZ
A- A+

“Minsk Qrupunun son bəyanatı Ermənistanda revanşizmin körüklənməsinə xidmət edir” - AÇIQLAMA

Minsk Qrupunun fəaliyyəti ilə bağlı Azərbaycan cəmiyyətində hökm sürən narazılıq davam edir.

Bunu Adalet.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.

“Uzun illər ərzində ATƏT-in özü də siyasi təşkilat olaraq gözləntiləri doğrultmadı. Hətta zaman-zaman siyasi təzyiq vasitəsi kimi ATƏT-in müxtəlif platformalarından erməni lobbisi yararlanmağa çalışıb. ATƏT DTİHB ölkələrdəki seçkilərlə bağlı heç vaxt ədalətli rəylər verməyib. “

ATƏT-in Minsk Qrupunun isə cəmiyyət tərəfindən etirazla qarşılandığını qeyd edən kspert vurğulayıb: “Bu yaxınlarda ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Riçard Hoqlandın bahalı otellərdə qalaraq yeyib-içdiklərini qeyd etməyi də bu məsələdə nə qədər haqlı olduğumuzu göstərir. Hoqland deyir ki, biz beşulduz otellərdə, özəl yeməkxanaya giriş haqqı verilən, barlardan heç bir əlavə xərc çəkmədən faydalanıla bilən mötəbər adamların yerləşdirildikləri mərtəbələrdə qalırdıq. Ən yaxşı restoranlarda yeyirdik. Amma açığını desək, həddən artıq az nəticə əldə edilmişdi.  

Hoqlandın  “Lavrov planı” haqda yazdıqları da Minsk Qrupuyla bağlı narazılığın haqlılığını bir daha sübut etdi: “Plan açıqlananda mən nəcib həmkarım rusiyalı həmsədr Popovdan soruşdum ki, əgər İrəvan və Bakı razılaşıb bir-birinə güzəştə getsələr, Kreml onu reallaşdırmaq istəyəcəkmi? O, açıq şəkildə cavab verdi ki, əlbəttə yox. Onda mən anladım ki, Dağlıq Qarabağ Ermənistanla Azərbaycan arasındakı ikitərəfli problem deyil, Rusiyanın aparıcı və bəlkə də həlledici rol oynadığı üçtərəfli məsələdir”. Bütün bu məsələlədən sonra Minsk mandatından kənar və Ermənistandakı revanşizmi körükləyən açıqlaması birmənalı olaraq qəbuledilməzdir.”
Ekspert bildirib ki, Azərbaycan beynəlxalq hüququ təmin edib, Minsk Qrupu da, bütün bu beynəlxalq təşkilatlar da bu ali reallığı qəbul etməlidir.
 

Emin Piri

Digər Xəbərlər