adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Aprel 2021 10:37
27242
DÜNYA
A- A+

Türkiyə “Sputnik V”nin istehsalına icazə verdi

Türkiyə koronavirusa qarşı Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin ölkədə istehsalına icazə verib. 

Bu barədə “Yeni Şafak” nəşri Türkiyə Səhiyyə Nazirliyinin Koronavirus Elmi Komitəsinin üzvü Afşin Emre Kayıpmaza istinadən məlumat yayıb.

“Aparılan araşdırmalardan sonra “Sputnik V” peyvəndinin Türkiyədə istehsalına icazə verilib”, - Elmi Komitə üzvünün açıqlamasında qeyd olunur.

Xatırladaq ki, daha əvvəl Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca 4-5 aydan sonra “Sputnik V” vaksininin Türkiyəyə tədarük oluna biləcəyini açıqlamışdı.

O, qeyd etmişdi ki, Rusiyada istehsal olunan vaksin ilkin mərhələdə müsbət nəticələr verib.