adalet.az header logo
  • Bakı 20°C
16 Aprel 2021 12:17
28644
HADİSƏ
A- A+

Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub

Azərbaycan Ordusunun hərbçisi mina partlayışı nəticəsində şəhid olub.

Müdafiə Nazirliyindən Adalet.az-a bildirilib ki, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı partlayış nəticəsində yaralanmış hərbçi vəfat edib.

Suqovuşan yaşayış məntəqəsi istiqamətində, azad edilmiş ərazilərdə, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı aprelin 3-də mina partlaması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Bayramov İlkin Bayram oğlu həkimlərimizin səyinə baxmayaraq, bu gün səhər saatlarında vəfat edib.