adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 Aprel 2021 11:16
34041
İDMAN
A- A+

Daha bir cüdoçumuz koronavirusa yoluxdu

Azərbaycanın daha bir cüdoçusu koronavirusa yoluxduğu üçün Portuqaliyanın paytaxtı Lissabondakı Avropa çempionatını buraxır.

Adalet.az Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyevin testi müsbət nəticələnib.

Daha əvvəl Rüstəm Orucov (73 kq) və Davud Məmmədsoyun (60 kq) eyni səbəbdən qitə çempionatına qatılmayacağı bəlli olub.

Qeyd edək ki, Avropa çempionatına aprelin 18-də yekun vurulacaq. Azərbaycan yarışda 9 cüdoçu ilə təmsil edilir.