adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Aprel 2021 09:59
18224
SİYASƏT
A- A+

XİN Paşinyana şeirlə cavab verdi: “Diz çökəcək qarşıda”

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistan baş naziri Nikol Paşinyanın parlamentdə səsləndirdiyi fikirlərə münasibət bildirib.

XİN-in Mətbuat xidməti idarəsindən Adalet.az -a verilən məlumata görə, aprelin 14-də Ermənistan parlamentində çıxış edən baş nazir Nikol Paşinyan növbəti sərsəmləmələri ilə diqqət çəkməyə çalışıb:

"N.Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil.

Ağır məğlubiyyətdən nəticə çıxarmayan baş nazir Paşinyana elə onun istinad etdiyi şeir dili ilə izah etmək istərdik. Hüseyn Cavidin dediyi kimi:

Yurdumuzu çiynəyən
Sayğısız hər kim olsa.
İnan ki, çox sürmədən,
Diz çökəcək qarşıda".