adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Aprel 2021 12:20
35590
ŞOU-BİZNES
A- A+

Bella Hadidin, Aygün Kazımovanın, Ruslana Cavadovanın oxşar  "İnstagram" paylaşımı

Fələstin əsilli amerikalı super model Bella Hadid “Fendi” brendinin yeni kampaniyasının qəhrəmanı olub.

Bununla bağlı fotolar super modelin “Instagram” hesabında paylaşılıb.

24 yaşlı modelin markanın yeni kolleksiyasından nümayiş etdiyi paltarlar arasında dərin dekolteli qara uzun geyimi pərəstişkarlarını xüsusilə heyran edib. 

Hadidin paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən 1,3 milyondan çox bəyənilib.

 

Buna oxşar bir hadisə bu yaxın günlərdə elə bizdə də baş verdi. Xalq artisti 50 yaşlı Aygün Kazımova sosial mediada paylaşım etdi.Sənətçi "İnstagram" hesabında yeni fotolarını izləyiciləri ilə bölüşdü. Xalq artisti fotolarda dərin sinə dekoltesi ilə diqqət çəkdi. Onun paylaşımı izləyicilərin marağına səbəb olub.Düzdür, Kazımovanı 1, 3 milyon  izləyici izləməyib , amma kifayət qədəronun dekoltesinacgözlüklə baxan olub.

 

 

 ABŞ-da yaşayan, “Ruslana Gee” ləqəbi ilə tanınan azərbaycanlı model, “fashion” bloqer Ruslana Cavadova yeni fotolarını sosial şəbəkədə paylaşıb. 

Belə ki, cazibədar model “Instagram ” hesabında doğum günündə çəkilmiş görüntülərini yayımlayıb.

 

O, izləyicilərinə xoş diləklərə görə təşəkkürünü bildirib.

 Əntiqə Rəşid