adalet.az header logo
  • Bakı 20°C
15 Aprel 2021 11:41
29969
SİYASƏT
A- A+

Türkiyənin yeni səfiri gələn həftə Bakıya gəlir

Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahid Bağçı gələn həftə Bakıya gələcək.

Bu barədə Azvision.az -a Türkiyənin Azərbaycanda səlahiyyət müddəti başa çatmış səfiri Erkan Özoral məlumat verib.

Diplomat bildirib ki, yeni səfir gələn həftənin əvvəlində Bakıda olacaq.

Xatırladaq ki, Türkiyə Prezdenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Cahit Bağçı Azərbaycana yeni səfir təyin edilib. C.Bağçı daha əvvəl Türkiyə Böyük Millət Məclisinin deputatı olub.